The Cranberries | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
alternativ rok folk pop-rok kelt rok soft rok |
Fəaliyyət illəri | 1989 — 2003, 2009 — indiyədək |
Dil | ingilis dili |
Leybl |
Xeric Records Island Records Universal Music Group Downtown Records Cooking Vinyl |
Heyət |
Noel Hoqan Mayk Hoqan Ferqal Lauler |
Keçmiş üzvlər |
Dolores O'Riordan Niall Kuinn |
http://www.cranberries.com | |
Vikianbarda əlaqəli mediafayllar |
The Cranberries (oxunur: "Krenberis" — Quşüzümü) — 1989-cu ildə yaranmış və 1990-cı illərdə dünya şöhrəti qazanmış irland rok qrupudur. Qrupun tərkibi vokalçı Dolores O'Riordan, gitaraçı Noel Hoqan, bass gitaraçı Mayk Hoqan, zərb alətləri ifaçısı Ferqal Laulerdən ibarətdir. Daha çox alternativ rok ifa etsələr də, qrupun musiqisinə həmçinin indi pop, postpank, iriş folk, pop rok da aiddir.
The Cranberries 1990-cı ildə Birləşmiş Ştatlarda beş milyon surəti satılmış Everybody Else Is Doing It, So Why Can't We? albomu ilə dünyada tanındılar. Qrup 90-cı illərin ən uğurlu qruplarından idi və Birləşmiş Ştatlarda ümumilikdə 15 milyon albom satmışdılar.
The Cranberries altı illik fasilədən sonra yenidən birləşdi və Şimali Amerika turuna çıxdı. Daha sonra 2010-cu ildə Latın Amerikası və Avropa ilə turlarına davam etdilər.
Qrupun altıncı albomu olan "Roses" albomu 2011-ci ilin mayında yazıldı və 2012-ci ilin fevralın 17-də işıq üzü gördü.